Siyasət

"Davudoğlu Ərdoğanın siyasətini düzgün hesab etmirdi" - Zahid Oruc

5 May 2016 17:05
1 Şərh     Baxış: 1 619

Hamı bilirdi ki, Ərdoğan Abdulla Gül, Əhməd Necdət Sezər kimi sırf nominal bir prezidentlik vəzifəsi ilə məhdudlanıb qalmayacaq. 

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında millət vəkili Zahid Oruc qardaş ölkənin hakim partiyası daxilində baş verən dəyişikliklərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Baş nazir Əhməd Davudoğlu ilə Ərdoğan arasındakı müəyyən fikir ayrılıqları var və bunların nədən ibarət olduğu zamanla üzə çıxacaq: "Hər halda Davudoğlu da təcrübəli dövlət adamıdır. O da şəxsi baxışlarının hamısını çox tezliklə açmaz. Amma artıq ipucuları mövcuddur. Bu da ondan ibarətdir ki, Ərdoğan prezidentliyinin qeyri-rəsmi qaydada ölkədə birinci şəxs olması fonunda bunu hüquqi cəhətdən əldə etməyə çalışmalı idi. Yəni hesablamalar bunu göstərdi. Ondan ötrü də yeni konstitusiya dəyişikliyi və parlamentdə üstün bir səs yüksəlməsi gərəkdir. İndiki gerçəklidə, baxmayaraq ki, hökuməti formalaşdırmaq üçün AKP-nin üzvlərinin sayı parlamentdə kifayət qədər var, amma konstitusiya dəyişikliyi üçün gərəkən 370-ə qədər üzvlər yetmir. Buna görə də görünür, erkən seçkilər və başqanlıq sisteminin bərqərar olması ortaya gəlməlidir. Hər halda Türkiyədə son illər ərzində hərbi sistemindəki dəyişikliklər, millətçilərlə dava, Atatürk modelindən kənara çıxma, islami təmayülə daha çox gəlmə, Türkiyənin strateji ənənəvi maraqlarından geri durma və s. ətrafında çoxlu mülahizələr mövcud idi. Hamı qəbul edirdi ki, Ərdoğan şəxsi parametrlərinə görə, xarizmatik bir lider olduğundan, o, məsələn, Abdulla Gül, Əhməd Necdət Sezər kimi sırf nominal bir prezidentlik vəzifəsi ilə məhdudlanıb qalmayacaq". 

Z.Oruc hesab edir ki, Yaponiyanın üsul-idarəsi də Türkiyə ilə oxşardır: "Orada imperator vəzifəsi simvolik olaraq mövcuddur. O, ildə bir dəfə çıxıb əlimi xalqa əl yelləyib, salamlayır və bununla da öz otağına dönür. Mərhum prezident Heydər Əliyev bir dəfə Qərbdən gələn Azərbaycanda da üsul-idarə dəyişikliyi istəklərinə belə cavab vermişdi. Demişdi ki, deyəsən, məndən yapon imperatoru düzəltmək istəyirsiniz. Hər halda Ərdoğan simvolik vəzifə olan, görüntü xarakteri daşıyan imperator olmaq istəməzdi. Onun haqqında çoxlu Osmanlı dönəmini bərpa etdiyi və məhz o zamanın üsul-idarəsindən irəli gələn bütün addımları atdığını söyləyirlər. Həqiqi imperatora çevrildiyini deyirlər, lakin onun xarizması Türkiyədəki konstitusion dəyişiklikləri tələb edir. Davudoğlu görünür, bunları Türkiyənin maraqları üçün o qədər də doğru saymadı və artıq AKP fövqəladə iclasını təyin edib. İki həftə ərzində bunlar keçiriləcək və artıq yeni isimlər mövcuddur".

Millət vəkili vurğulayıb ki, Türkiyə daxilində yeni dövr başlayıb: "Əgər xalq Ərdoğana gözlənilən səsi vermiş olsa, artıq bu, prezident üsul-idarəsinə keçidin və yüz ilə yaxın bir dövrdə çalışan sistemin başqanlıq modelinin, başbakanlıq sisteminin ortadan qalxmasına işarə olacaq. Bunu da hər kəs görəcək. Türkiyədə buna müqavimət göstərənlər də çoxdur. Ehtimal ki, qütbləşmə bir az da dərinləşəcək. O da mümkündür ki, əgər hökumətin yenidən formalaşması meydana çıxarsa, xalqın son 8 ayda bir neçə dəfə seçkiyə getməkdən yorulduğunu və müəyyən siyasi qalmaqallardan bezdiyini, Suriya ilə münaqişənin ortaya çıxdığını nəzərə alıb fərqli qərar da versinlər. Yəni, prezident üsul-idarəçiliyə keçid də tamamilə baş verə bilər, yaxud da Ərdoğanın ssenarisinin baş tutmaması ehtimalı kifayət qədər yüksəkdir".

Z.Oruc qeyd edib ki, Əslində Türkiyənin son 50 illik həyatında belə problemlər dəfələrlə yaşanıb: "Demokratiyanın özünəməxsusluğu da bundan ibarətdir. Yəni, Qərbdə buna qarşılıqlı nəzarət-balans sistemi deyirlər. Türkiyə üçün də Atatürk zamanından bu yana elə bir quruluş bərqərar eləmək istəmişdilər ki, orada bir partiyanın hakimiyyəti nə qədər güclü olsa da, digər siyasi qüvvələr də orada təmsil olunsun. Lakin Ərdoğan buna qədərki dövrdə, xüsusilə də iki hərbi çevrilişin praktikasını nəzərə alaraq, yəni 60-80 illərdə baş vermiş siyasi böhranları göz önünə gətirərək, belə bir fərqli yol seçdi. O, artıq prezidentliyin nominal bir vəzifə deyil, xalqdan seçim vasitəsi ilə gəlməyinə üstünlük verdi və bu yöndə udduğu 8 seçkidən sonra mühüm konstitusiya dəyişikliyinə gedərək parlamentdə deyil, millətin səsi ilə bu vəzifəyə yüksəldi. Təbi ki, çoxları gözləyirdi ki, bundan sonrakı dövrdə Baş nazir modeli, yəni parlamentdə çoxluğu əldə etmiş partiyanın vasitsilə formalaşan hökumət fərqli bir kurs yürütmək istəsə avtomatik olaraq prezidentlə müəyyən bir siyasi qovğaya çıxmalı olacaq. Buna görə də Ərdoğan özünün komandasının ən sınanmış üzvünü Əhməd Davudoğlunu Baş nazir postuna irəli sürdü. Baxmayaraq ki, ilkin seçki deyilən addımlarda Davudoğlunun deyil, başqa isimlərin adı öndəydi. Ərdoğanın ideyası, seçimi, bütün fikirləri, silahdaşları üçün önəmli oldu və onlar bu yolu seçdilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.