Siyasət

Ermənistandan gülünc bəyanat: "Bakı atəş açsa..."

5 May 2016 14:17
7 Şərh     Baxış: 5 701

"Əgər Azərbaycan atəşkəs rejimini pozarsa, Ermənistan Dağlıq Qarabağın (qondarma - red.) müstəqilliyini tanıyacaq".

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, belə bir açıqlama ilə bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib:

"Əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Qarabağı tanıyacaq".

Koçaryan qeyd edib ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar yenilənərsə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istimqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini başa çatmış hesab etmək olar:

"Ermənistan birmənalı olaraq hesab edir ki, sülh prosesinin alternativi yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.