Siyasət

"İndi əsas məsələ atəşkəs pozuntularının qarşısını almaq üçün işlək mexanizmlər hazırlamaqdır"

4 May 2016 19:50
1 Şərh     Baxış: 1 670

Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Əlbəttə, indi ən əsas məsələ yeni itkilərdən qaçmaq və hər cür atəşkəs pozuntusunun qarşısını almaq, bunun üçün işlək mexanizmlər, tədbirlər hazırlamaqdır", - deyə o, söyləyib.

Nazir qeyd edib ki, 5 il əvvəl o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri bu məsələnin altına imza atıblar: "Onlar insidentlərin araşdırılması və etimadın möhkəmləndirilməsi mexanizminin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq həvalə edildi və ATƏT nümayəndələri müxtəlif variantlı təkliflər ortaya atdılar. Lakin təəssüf ki, 2012-ci ildə məsələ irəliyə getmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.