Siyasət

İrəvan qarabağlı separatçıları tanımağa HAZIRLAŞIR

3 May 2016 14:24
3 Şərh     Baxış: 2 852

Ermənistan hökuməti Dağlıq Qarabağdakı separatçı rejimin "dövlət müstəqilliyi"nin tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə hazırlaşır.

Milli.Az hayastannews-a istinadən bildirir ki, qanun layihəsinin müəllifləri Ermənistan parlamentinin deputatları Zarui Postancyan və Qrant Baqratyandır.
Qanun layihəsi mayın 5-də müzakirə ediləcək. Müzakirələrdə Ermənistan XİN başçısının müavini Şavarş Köçəryan da iştirak edəcək.
Qanun layihəsinin qəbulunun Ermənistan və Dağlıq Qarabağdakı separatçıların rəhbərləri arasındakı əlaqələrlə müzakirələri "bundan sonrakı inkişaf perspektivləri, habelə xarici amillərin nəzərə alınması şərti" ilə aparılacağı vurğulanıb.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.