Siyasət

Deputat: "Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri xalqın və ordunun ruh yüksəkliyini xeyli artırdı"

2 May 2016 20:44
Baxış: 1 064

"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri indiki məqamda çox vacib əhəmiyyət kəsb edir və xalqın və ordunun ruh yüksəkliyini xeyli artırdı". Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, xalq ilə prezident arasında həmişə çox böyük bir vəhdət olub: "Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedir, insanlarla görüşür. Cənab prezident həmişə öz xalqını, öz dövlətini düşünüb və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə edir. Ona görə də xalq öz liderini dəstəkləyir".

Deputat qeyd edib ki, ermənilər son dövrlərdə mülki əhalimizi hədəfə alıb: "Son dövrlərdə təxribatçı Ermənistan rejimi Azərbaycanın mülki əhalisinə qarşı silahlardan istifadə edir. Ermənilərin atəş açması nəticəsində mülki vətəndaşlarımızdan ölən və yaralananlar var, onların şəxsi evlərinə, təsərrüfatlarına böyük ziyan vurulub. Belə bir məqamda möhtərəm prezident cəbhəboyu yaşayış məntəqələrində sakinlərlə görüşdü, onlara dəstək oldu və prezidentlə xalqın bir yerdə olduğunu bir daha göstərdi. Təbii ki, bu hal hamımızı çox sevindirir".

R.Rzayev bildirib ki, prezident İlham Əliyev çox düzgün siyasət yürüdür: "Mən inanıram ki, Azərbaycanın ərazi bütövlüyü məhz cənab prezident İlham Əliyevn səyləri nəticəsində təmin olunacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.