Siyasət

İsrailli ekspert: "Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün bütün imkanları var"

2 May 2016 19:09
Baxış: 2 058

"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox mürəkkəbdir. Bu, böyük insan faciəsidir".

Milli.Az bildirir ki, bunu Trend-ə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

A.Qut Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirilməsi nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələri ilə tanış olmaq üçün cəbhə bölgəsinə səfər edib.

Ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanlar, demək olar ki, normal həyatdan məhrum ediliblər: "Cəbhəyanı kəndlərin sakinləri normal yaşaya və öz uşaqlarını tərbiyə edə bilmirlər, onlar daim raket və artilleriya atəşi altındadırlar. Bu, çox çətindir. Mən bir israilli olaraq həmin insanları yaxşı başa düşürəm, biz raket və artilleriya atəşi altında yaşamağın nə olduğunu yaxşı bilirik. Əlbəttə ki, vəziyyəti dəyişmək lazımdır".

O, əlavə edib ki, Azərbaycan bu gün regionda yüksək geosiyasi çəkiyə, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan birinə malikdir: "Düşünürəm ki, əgər sülh yolu ilə həll olunmasa, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni təkbaşına həll etməyə tam hüququ var. Əgər Ermənistan tərəfi sülh yolu ilə münaqişəni həll etməyə hazır deyilsə, Azərbaycanın geosiyasi, hərbi, iqtisadi də daxil olmaqla, bütün imkanları var ki, Ermənistanı sülhə məcbur etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.