Siyasət

Düşmən raketləri hazır vəziyyətə GƏTİRİB - FOTO

2 May 2016 13:24
43 Şərh     Baxış: 16 788

Ermənistandan Dağlıq Qarabağa göndərilmiş "Toçka-U" taktiki raket buraxılış sistemləri artıq Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində yerləşdirilib.

"Toçka-U" sistemləri ilə yanaşı, Ermənistandan Dağlıq Qarabağa 9M79 və 9M79-1 raketləri, 9P129-1M buraxılış qurğuları, 9T128-1 nəqliyyat-doldurma (TZM) maşınları, 9T238 nəqliyyat maşınları, 9V844M texniki qulluq maşını və 9F370-1 arsenal avadanlığı kompleksi də göndərilib.

Belə "yardım"dan ruhlanan Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakayan Xankəndidəki "İctimai Televiziya"ya verdiyi müsahibəsində ilk dəfə olaraq qarabağlı separatçıların "Toçka-U" raket-buraxılış sistemlərinə malik olduğunu etiraf edib.

"Dağlıq Qarabağdakı "dördgünlük müharibə" zamanı bu raket sistemlərini döyüşə hazır vəziyyətə gətirdik. Azərbaycan ordusu bizə raket-bomba zərbələri endirsəydi, cavab zərbələri vuracaqdıq. Hədəfimiz Azərbaycanın neft kommunikasiyaları idi. Əmr verdim ki, bütün zenit-raket komplekslərini, reaktiv yaylım atəşi sistemlərini, o cümlədən "Toçka-U"ları cəbhə xəttinə çıxarsınlar. Azərbaycan tərəfdən bizə raket zərbələri endirilsəydi, dərhal raketləri buraxacaqdıq", - Bako Saakyan deyib.

Qarabağlı erməni separatçılar indiyədək "Toçka-U" sistemlərinə malik olmadıqlarını deyirdilər. Lakin "dörgünlük müharibə"dəki məğlubiyyətdən sonra isteriyaya qapılan separatçılar belə raket sistemlərinin döyüşə hazır vəziyyətə gətirildiyini etiraf etməklə Ermənistandakı pərişanlıqla yanaşı, qarabağlı ermənilər arasındakı təlaşı bir qədər səngitməyə çalışıb.
15-120 km məsafədə hədəfləri vura bilən "Toçka-U" taktiki raket komleksinin buraxdığı raketlərin sürəti 300-500 m/saniyə, çəkisi 2010 kiloqramdır. Raket 136 saniyəyə hədəfə çatır.

Ermənistan Dağlıq Qarabağa "Toçka-U" raket-buraxılış sistemləri üçün qəlpə-fuqas başlıqlı 9N123F, kasset 9N123K, qəlpə-fuqas tipli  9N123F-R2 və 9N123F-R3 raketləri də yollayıb.

Bu raketlər arasında ən təhlükəlisi kasset tipli 9M79K (9M79-1K) raketləridir. Həmin raketlərin döyüş başlığında partlayanda ətrafa 316 qəlpə dağıdan, hər biri 7,45 kq olan 50 elementdən ibarət kasetlər var. Belə raketin döyüş başlığının ümumi çəkisi 482 kiloqramdır və kasset döyüş elementlərinin partlayışı zamanı ətrafa 15800 qəlpə səpələnir. Qəlpələr 3,5-7 hektarlıq ərazini "vurur".

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.