Siyasət

Elmar Məmmədyarov Malta ilə gələcək əməkdaşlıqdan danışıb

29 Aprel 2016 14:02
Baxış: 403

"Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər danışıqların yekunu üzrə 3 sənəd imzalayıblar: "Sənədlər gömrük, gənclər siyasəti sahələrində əməkdaşlığı və iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr haqqında müqaviləni əhatə edir.

E.Məmmədyarov qeyd edib ki, gələn il Malta Avropa İttifaqı Şurasında sədrlik edəcək və iki ölkə, həmçinin enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.