Siyasət

Səlahəddin Dəmirtaş separatçı erməniləri dəstəklədi

5 Aprel 2016 17:55
51 Şərh     Baxış: 9 969

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.

Milli.Az APA-ya istinadən bildirir ki, PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Dəmirtaş cəbhə xəttində yaranan gərginliyə də münasibət deyib. O, Azərbaycanla Ermənistanın danışıqlar masasına oturmasının vacib olduğunu deyib: "Türkiyə hökuməti bu yanğını körükləyir. Qarabağ muxtar bölgəydi, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdırlar. Onların istəklərinə hörmət edilməlidir. Bu məsələ hərbi yolla yox, sülh yolu ilə həllini tapmalıdır. Hazırda Qafqazda yeni savaş  bir qətliama səbəb ola bilər. Lütfən, bu savaşı dayandırın".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.