Siyasət

"Müharibə başlayarsa, qazax könüllüləri Azərbaycanın tərəfində döyüşə bilərlər" - FOTO

4 Aprel 2016 12:16
6 Şərh     Baxış: 4 742

Qarabağda vəziyyətin gərginləşməsindən sonra dünya ölkələrinin və onların ictimaiyyətlərinin bu məsələyə münasibəti dostlarımızın və düşmənlərimizin dairəsini müəyyən etdi.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sosial şəbəkədə və internet media məkanında ermənilərlə gedən informasiya müharibəsində əksər MDB ölkələrindən olan istifadəçilər Qarabağ məsələsində Azərbaycanı dəstəklədilər.

Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus kimi dövlətlərdən olan sosial şəbəkə fəalları, QHT nümayəndələri, siyasətçilər və politoloqlar Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayaraq Azərbaycan ordusunun əməliyyatlarını dəstəklədilər.

Belə ölkələrdən biri, KTMT-nin üzvü Qazaxıstan Respublikasıdır. Qazaxlar sosial şəbəkələrdə Azərbaycanın haqq davasını müdafiə edərkən, qazax politoloqları, ictimai fəalları da bu ölkənin mediasında Azərbaycana dəstək nümayiş etdirdilər.

Belə politoloqlardan biri, Qazaxıstanın ən tanınmış və savadlı politoloqlarından biri Talqat Kaliyev hətta müharibə başlayarsa, qazax könüllülərinin Azərbaycanın tərəfindən döyüşə biləcəklərini vurğulayıb.

"KTMT çərçivəsində Ermənistanla Qazaxıstanın arasındakı müqavilə yalnız bu ölkə birbaşa aqressiyaya məruz qalarsa, qüvvəyə minir. Qarabağ Azərbaycanın torpağı olduğundan burada gedən və gedə biləcək hər hansı bir hərbi konfliktin Qazaxıstana heç bir aidiyyəti yoxdur. Biz Dağlıq Qarabağı Ermənistanın ərazisi hesab etmirik, burada baş verəcək hər hansı konfliktə Qazaxıstan qarışmayacaq. Hətta onu deyə bilərəm ki, qazax könüllüləri Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən döyüşməyə gedə də bilərlər. Bu variant heç vaxt istisna olunmur", - deyə qazax politoloq Qazaxıstanın aparıcı KİV-lərinin Qarabağda baş verən son hadisələrə görə ona ünvanladıqları sualı cavablandırarkən bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.