Siyasət

"Məgər Azərbaycanda soyuducu pis istehsal olunur?"

12 Fevral 2016 16:43
2 Şərh     Baxış: 1 429

Milli Məclisin plenar iclası davam edir.

Milli.Az modern.az-a istinadən bildirir ki, deputat Çingiz Qənizadə "Antidempinq kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi barədə danışıb.

Çingiz Qənizadə bildirib ki, bu qanun qəbul olunacağı təqdirdə gələcəkdə korrupsiya halları ilə rastlaşmamaq üçün fəaliyyət mexanizmini gücləndirmək lazımdır: "Azərbaycana xarici ölkələrdən ixrac olunan mallar ucuz qiymətə satılır.Ölkədə istehsal olunan məhsullar isə baha qiymətə olur". 

Deputat Zahid Oruc bildirib ki, prezident ölkədə istehsal olunan maşın və mebelin adını çəkən kimi hamı bunlardan danışır:

"Məgər Azərbaycanda soyuducu pis istehsal olunur? Eyni zamanda başqa ərzaq və qeyri-ərzaq məhsulları. Məqsəd birdir: yerli istehsalı qorumaq.

Ucuz məhsulu ölkəyə gətirilməsinin qarşısı alına bilər. Amma biz bundan sonra planşet, "Mercedes" istehsal etməyəcəyik. Biz qida sənayesi və tekstili inkişaf etdirə bilərik. Doğurdan da, ölkədə olmayan və ucuz gətirilən malın qarşısının alınması bahalaşmaya səbəb ola bilər".

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.