Siyasət

"Biz hazırda münaqişə həlli ilə bağlı təklif irəli sürmək imkanında deyilik"

12 Fevral 2016 13:01
Baxış: 523

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə Ermənistana heç bir sanksiyanın tətbiq edilməməsi ilə bağlı suala cavab verən Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının Yan Zahradil bununla bağlı tutarlı bir bəyanat vermək imkanında olmadığını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o qeyd edib ki, mənim bununla bağlı deməyə tutarlı bəyanatım yoxdur: "Biz alyans olaraq yalnız qarşılıqlı dialoq, daha yaxşı anlaşma, fikir mübadiləsi üçün platforma təklif edirik ki, bu da münaqişələrin həlli ilə bağlı daha yaxşı ideyaların ortaya çıxmasına kömək edə bilər. Biz hazırda hər hansı münaqişənin həlli ilə bağlı təklif irəli sürmək imkanında deyilik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.