Siyasət

Lavrov və Kerri Münhendə görüşdülər

12 Fevral 2016 12:43
0 Şərh     Baxış: 608

Suriyaya dəstək Beynəlxalq qrupunun iclası ərəfəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü olub.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, TASS-ın xəbərinə görə, Suriyaya dəstək Beynəlxalq qrupunun iclası cümə günü qrupun üzv ölkələrinin XİN rəhbərlərinin ikitərəfli görüşlərindən sonra baş tutacaq.

ABŞ-ın dövlət katibi Con Kerri istəyir ki, münaqişənin tənzimlənməsinə dair məsələlərin müzakirəsi üçün Suriyada atəşkəsin əldə edilməsi və humanitar çıxışın təminatına dair inkişaf əsas şərt olsun.

Bunu görüşdən öncə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.

"Aydındır ki, münaqişənin digər aspektlərindən danışmaq üçün müəyyən zamanda atəşkəsin əldə edilməsi və humanitar çıxışın təminatına dair inkişaf əldə etmək istəyirik", - C.Kerri deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.