Siyasət

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi 80 MİN AVRO

11 Fevral 2016 23:36
0 Şərh     Baxış: 1 180

Avropa Məhkəməsi Azərbaycana 80 min avro pul cəzası kəsib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərar elan edib. Məhkəmə 2011-ci il martın 31-də və aprelin 2-də Bakıda etiraz aksiyasında iştiraka görə həbs olunan İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin birgə şikayətini təmin edib.

Yerli məhkəmələrdə onların şikayət təmin olunmayıb. Avropa Məhkəməsi onların hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin onlara 12 min avro təzminat ödəməsinə qərar verib.

Məhkəmə, həmçinin digər gənc fəallar - Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevlə bağlı da müraciət edib.

Avropa Məhkəməsi onların hüquqlarının pozulduğu üçün 12 min avro təzminat və hüquqi xərcləri ödəmək üçün hər birinə 5 600 avro ödənilməsi barədə qərar verib.

Azərbaycan üç ay müddətində apellyasiya şikayəti verməsə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qüvvəyə minir.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.