Siyasət

Ərdoğandan sərt ittiham: "Ayıbdır, ayıb"

11 Fevral 2016 17:34
1 Şərh     Baxış: 1 972

Bizim alnımızda axmaq yazılmır. Heç kim inciməsin.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənc iş adamları konfederasiyasının (TÜGİK) toplantısında deyib. O, ölkəsinin qəbul etdiyi qaçqınlar barədə danışarkən BMT-ni də sərt tənqid edib. 

Suriyadan Türkiyə sərhədinə olan köçdən bəhs edən prezident qeyd edib ki, bu axının ən böyük səbəbi Rusiya və Əsəd rejiminin başlatdığı, mülki əhalini hədəfə alan hücumlardır. Buna baxmayaraq BMT hücum edənlərə qarşı ölçü götürmək yerinə Türkiyəyə çağırış edir. Bu isə səmimiyyətsizlikdir. 

"Nə var, nə var qapınızı açın, onları qəbul edin". Ey BMT, onda sən nə işə yarayırsan, sənin vəzifən nədir? Bu günə qədər qaçqınlara 10 milyard dollara yaxın vəsait xərcləyən Türkiyədir. Sən onlara nə qədər dəstək vermisən? 455 milyon dollar... Ayıbdır, ayıb... BMT bu iş üçün qurulmayıb. Bizə bu nəsihəti verənlər BMT-yə üzv digər ölkələrə də bir nəsihət versinlər, biz də qaçqınları o ölkələrə göndərək. Dünyadakı digər ölkələrin qəbul etdiyi qaçqın sayı nə qədərdir? Bəzilərində 100, o birində 300, birində 500, 1000. Səbr, səbr, səbr. Bu da bir yerə qədər. Ondan sonra gərəyi nədirsə, onu da edərik". 

Onun sözlərinə görə, gələn insanların vəziyyəti ağır olanlar qəbul edilib. 35 min insan isə yardımlar hesabına sərhəddə həyatda qalmağa çalışır. Əgər Rusiyanın və Suriyadakı rejimin bombardmanı davam edərsə, qaçanların sayı 600 mini ötə bilər. O, bu səbəbdən Türkiyənin ən pis ssenarini də nəzərə alaraq hazırlıqlar apardığını, tədbirlər gördüyünü qeyd edib. 

Prezident ABŞ-ın PYD-ni dəstəkləmək barədə bəyanatına da toxunub. O, Türkiyənin dostu, NATO-da mütəffiqinin belə açıqlamasının qəbul edilməz olduğunu deyib. "Bəs bu dünyada terrorla mübarizə var idi? Təəssüf ki, PYD-ni PKK-dan ayıra bilməyəcək qədər qapalı olan gözlər var". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.