Siyasət

"Türkiyə Rusiya ilə münasibətlərin nizamlanması üçün vasitəçi axtarmır"

11 Fevral 2016 13:38
Baxış: 1 344

Türkiyə Ankara-Moskva münasibətlərinin nizamlanması işində vasitəçi olmaq xahişi ilə üçüncü ölkələrə müraciət etməyib.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Nazirlər Kabinetindən deyiblər.

Hökumətdən qeyd ediblər ki, guya Türkiyə baş nazirinin Ankara və Moskva arasında əlaqələrin tənzimlənməsi işində bəzi ölkə rəhbərlərinin vasitəçi qismində çıxış etmələri üçün turneyə yollanması barədə informasiya həqiqəti əks etdirmir.

Hökumətdən əlavə ediblər ki, Türkiyə Rusiya ilə dialoq üçün diplomatik kanalları bağlamayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.