Siyasət

"Rusiya Moskva-Bakı münasibətlərini korlayacaq heç bir şey etməyəcək"

10 Fevral 2016 14:52
Baxış: 1 128

Rusiya Moskva-Bakı münasibətlərini korlaya biləcək heç bir şey etməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Dövlət Dumasının deputatlarının Türkiyə və Rusiya arasında müqavilənin pozulması barədə sorğusu ilə bağlı sualı cavablandırarkən deyib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirir və diqqətini yalnız Azərbaycan-Rusiya münasibətlərini yaxşılaşdıra biləcəyinə yönəldəcək: "Bizi bütün sahələrdə Azərbaycanla çox şey bağlayır və münasibətlərimizi pisləşdirə biləcək heç nə etməyəcəyik".

O bildirib: "XİN-ə 1921-ci il tarixli Türkiyə və Rusiya arasında müqavilənin pozulması barədə sorğu daxil olub, biz bu məsələni öyrənirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.