Siyasət

Fransa hökumətində istefa - YENİLƏNİB

10 Fevral 2016 15:58
0 Şərh     Baxış: 612

Sonuncu dəfə hökumətin iclasında iştirak etdim.

15:58

Report TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Loran Fabius iclasdan çıxandan sonra jurnalistlərə açıqlamasında bildirib.

Məlumata görə, nazir tutduğu vəzifədən istefa verdiyini təsdiqləyib.

Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq. 

L.Fabius isə Fransa Konstitusiya Məhkəməsi Şurasının sədri təyin ediləcək. Artıq ölkə prezidenti F.Olland Fransa Konstitusiya Məhkəməsi Şurası sədriliyinə L.Fabiusun namizədliyini irəli sürüb

Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirib.

Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusilə Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.

Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.

-----------

12:24

Fransanın xarici işlər naziri Loran Fabius istefa verib.

Milli.Az Report-a istinadən bildirir ki, bu haqda "BFM-TV" telekanal məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq.

Xəbərə əsasən, Loran Fabius Fransa Konstitusiya Məhkəməsinin sədr təyin ediləcək.

Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindiriblər.
Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.

Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.