Siyasət

Merkel Türkiyədə - YENİLƏNİB - VİDEO - FOTO

8 Fevral 2016 15:38
1 Şərh     Baxış: 1 087

15:38

"Türk və alman xalqları arasında xüsusi dostluq ruhu ilə çağdaş Türkiyə Cümhuriyyətinin atası və Avropaya gedən yolun memarı Mustafa Kamal Atatürkün xatirəsinə dərin hörmətlərimlə".

"Report" "Anadolu" agentliyinə istindən xəbər verir ki, bunu Türkiyəyə səfərini Atatürkün mavzoleyindən başlayan Almaniya kansleri Angela Merkel oradakı xatirə dəftərinə yazıb. A.Merkel Atatürkün mavzoleyinə çələng qoyub.
Məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kanslerini Çankaya köşkündə qarşılayıb.
Hökumət başçıları iki dövlət arasındakı əlaqələrə, qaçqın probleminə və bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəklər. 

---------

12:13

Almaniya kansleri Angela Merkelin Türkiyəyə rəsmi səfəri başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, baş nazir Əhməd Davudoğlunun dəvəti ilə reallaşan səfər çərçivəsində Türkiyə-Avropa Birliyi əlaqələri, ikitərəfli mövzular və miqrant mövzusu müzakirə ediləcək.
 
Angela Merkelin prezident Rəcəb Tayyib Ərdoğanla da bir araya gələcəyi gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Merkel Türkiyədə

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.