Siyasət

Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək?

8 Fevral 2016 11:25
0 Şərh     Baxış: 729

Rusiyaya sanksiyaların ləğv olunacağı vaxt  bilinmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Finlandiyanın maliyyə naziri Aleksandr Stub söyləyib. Onun sözlərinə görə, sanksiyaların ləğv edilməsi Minsk razılaşmasının şərtlərinin yerinə yetirilməsindən asılı olacaq:
 
"Hələlik bu haqda danışmaq tezdir. Bu sanksiyaların ləğvi üçün Avropa Birliyinə vaxt lazımdır".
 
Qeyd edək ki, bundan öncə Danimarkanın Xarici İşlər naziri Kristian Yensen mətbuata açıqlamasında Kiyevin Minsk razılaşmasını yerinə yetirməyəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların ləğv olunacağını bildirib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.