Siyasət

Saakaşvilidən prezidentə "onları sil" mesajı

6 Fevral 2016 11:32
0 Şərh     Baxış: 1 211

Prezident Pyotr Poroşenko hökumət ətrafında baş verən konfliktlərlə əlaqədar artıq qərar verməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.
 
O, hökumətin tamamilə dəyişdirilməsinə ehtiyac olduğunu bildirib:
 
"Düşünürəm ki, Poroşenko ölkənin maraqlarını nəzərə alıb qərar verməlidir. Bütün hökumətin yenilənməsinə ehtiyac var. Eyni zamanda baş prokuror Viktor Şokin də dəyişdirilməlidir. Bəzi insanlar var ki, onlar siyasətdən silinməlidir. Bu, Ukraynanın inkişafı üçün lazımdır. Hökumət insanların yaşamasına və özlərini inkişaf etdirməsinə mane oldu".
 
Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın İqtisadi inkişaf və Ticarət naziri Ayvaras Abromaviçus istefa verib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.