Siyasət

Klintonlar 153 milyon dollar qazandılar

6 Fevral 2016 10:34
1 Şərh     Baxış: 944

ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı, keçmiş dövlət katibi Hillari Klinton 2001-ci ildən bu yana çıxışlarının hesabına 153 milyon dollardan çox pul qazanıblar.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda CNN-in yaydığı məlumatda qeyd olunub. Onların bu vəsaiti, əsasən, Amerikanın iri korporasiyaları və banklarının nümayəndələri qarşısında etdikləri nitqlərdən əldə etdikləri bildirilib.  
14 il ərzində 729 dəfə auditoriya qarşısına çıxan Bill Klintonun hər nitqi üçün orta hesabla 210.8 dollar ödənilib.  

Məlumata görə cütlüklər etdikləri 39 çıxış üçün banklardan 7.7 milyon dollar qonorar alıblar. Hillari Klintonun 8 çıxışdan 1.8 milyon dollar pay götürüb.   

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.