Siyasət

ABŞ-dan Rusiyaya xəbərdarlıq: "Dərhal dayandırın!"

6 Fevral 2016 10:06
5 Şərh     Baxış: 1 936

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri Suriya mülki əhalini kütləvi şəkildə bombardıman edən Rusiya hərbi aviasiyasının və Əsəd rejiminin dərhal dayanmasını tələb edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Kerri Kolumbiyanın prezidenti Xuan Manuel Santos ilə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında Suriyada baş verən son hadisələri şərh edib. Con Kerri bildirib ki, Rusiya hazırda özünün də BMT-də dəstəklədiyi qərarı pozur. 

"Hazırda nə Rusiya, nə Əsəd, nə də Əsədə dəstək verənlər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun hərəkət etmirlər. Hansı ki, qərar şurada səs verməyə çıxarılanda Rusiya da ona səs verib". 

Con Kerri bildirib ki, həmin qərar mülki əhaliyə qarşı ağır silahlarla və bombardımançı təyyarələrlə hücumların dayandırılmasını nəzərdə tutur. 

"Bu, bir həqiqətdir ki, Rusiya mənim "kor bomba" kimi təsvir etdiyim bombalardan istifadə edir. Bu bombaların müəyyən bir hədəfi olmur və nəticədə çox sayda qadın və uşaqların olduğu mülki əhali ölür". 

Bəzi hallarda yaralıları xilas edən həkimlərin də vurulduğunu deyən dövlət katibi bunun dayandırılmalı olduğunu vurğulayıb: "Bəzən bir yer bombardman edildikdən sonra bu yerə xilasedicilər gedir və qırıcılar geri qayıdaraq onları da öldürür. Bu kimi hallara son verilməlidir", 

Kerri, həmçinin bildirib ki, mövzudan qaçmaq və məsələyə müdaxilə etməmək problemin həlli yolu deyildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.