Siyasət

Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar

5 Fevral 2016 18:21
Baxış: 731

Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar. Milli.Az bildirir ki, bu məlumatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr departamentinin eksperti Toğrul Məmmədli verib. Ekspertin sözlərinə görə, Xocalı faciəsinin 24-cü il dönümü ərəfəsində Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan Assosiasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçiriləcək anım tədbirinə, Polşanın hakim Qanun və Ədalət Partiyasının deputatlarından ibarət nümayəndə heyəti video-konfrans vasitəsilə qatılacaqlar.

Bildirilib ki, məlumatlandırıcı tədbirlərin sayının artırılması Xocalı soyqırımının beynəlxalq aləmdə kimi tanıdılmasına yardım edə bilər.

Xatırladırıq ki, Xocalı soyqırımının tanıdılması istiqamətində beynəlxalq tədbirlər 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya Ədalət" (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində keçirilir. Bu günə qədər 10-ədək ölkə, ABŞ-ın bir neçə ştatı və müxtəlif beynəlxalq təşkilatlar Xocalı faciəsini rəsmi olaraq tanıyıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.