Siyasət

Qubad İbadoğlu Bakıya qayıdır?

30 Dekabr 2015 16:00
Baxış: 1 316

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yaxın günlərdə ölkəyə geri dönəcək.
Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə ADR Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub açıqlama verib.

Vurğun Əyyub onu da qeyd edib ki, ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət üçün hazırlıqlar gedir: "Artıq sənədlər də hazırdır. Yalnızca Qubad bəyin geri qayıtması məsələsi qalıb. O da ölkədə olmadığından bu proses bir qədər ləngiyir. Amma yaxın günlərdə Qubad bəyin ölkəyə qayıtması gözlənilir".
Yeri gəlmişkən, Q.İbadoğlu ADR rəhbəri seçiləndən dərhal sonra ABŞ-a yollanıb və Azərbaycan hakimiyyətinə qarşı hücumlarını okeanın o tayından da davam etdirir.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.