Siyasət

Ekspert: "Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olmayacaq"

30 Noyabr 2015 16:17
Baxış: 870

Avropalı ekspert Mattias Dornfeldt hesab edir ki, Almaniya ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə prioritet diqqət ayırmayacaq.

Hərçənd postsovet məkanında dondurulmuş münaqişələr problemi təşkilatda Berlinin gündəliyinə daxil olacaq.

Berlin Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri M.Dornfeldt Trend-ə bildirib ki, postsovet məkanında dondurulmuş münaqişələr problemi Almaniyanın ATƏT-dəki sədrliyinin gündəliyinə daxil olacaq.

Digər ekspertlərin fikrincə, Almaniya ATƏT-də sədrliyi dövründə diqqətini Suriyadakı vəziyyətə və Avropada miqrasiya böhranına ayıracaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.