Siyasət

"Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar"

30 Noyabr 2015 11:40
Baxış: 723

Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilmişdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

PA rəsmisi qeyd edib ki, heç şübhəsiz bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür: "İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.