Siyasət

Putinin mövqeyini necə dəyişmək olar?

30 Noyabr 2015 08:18
5 Şərh     Baxış: 2 201

Türkiyənin Hava Qüvvələri tərəfindən vurulan Rusiyanın bombardmançı təyyarəsi ilə bağlı insidentdə ən böyük təəccüb doğuran məqam bu hadisənin əvvəllər baş verməməsidir.

Moskva NATO, xüsusilə Baltikyanı və Qərbi Avropa ölkələrinin hava ərazisinə etdiyi müdaxilələrin sayını artırıb. Rusiya bu yaxınlarda NATO üzvü olan ölkədən cəmi 30 km aralıda, Suriyanın Latakiya vilayətində öz hərbi hava bazasını yaradarkən prezident Vladimir Putin NATO ilə olan əzəli rəqabətini daha yüksək və təhlükəli səviyyəyə çatdırdı. Hazırda Rusiya və NATO bu addımın mənfi aqibətlərinin öhdəsindən gəlmək üçün səy göstərdikləri bir müddətdə Rusiya prezidentini bu addımı atmağa təşviq edən o möhkəm ideolojı, geostrateji və daxili siyasətin imperativlərini nəzərdə saxlamaq vacibdir.

V.Putinin xarici siyasətinin təməlində bir çox prinsiplər dayanır. Rusiya heç vaxt heç kimə zərər vermir, Qərb isə bunu mütəmadi olaraq Rusiyaya edir. Birinci dünya müharibəsindən sonra imzalanan Versal müqaviləsi Almaniya üçün hansı əhəmiyyəti daşıyırdısa, elə soyuq müharibənin sonu da Rusiya üçün təxminən eyni əhəmiyyətə malikdir, yəni sonsuz əzabların və təhqirlərin mənbəyi oldu.

Hər bir əsl vətənpərvər rus liderinin ən mühüm borcu Rusiyanın Sovet İttifaqının süqutundan sonra itirdiyi əsas iqtisadi, siyasi və geostrateji aktivlərinin heç olmasa bir hissəsini Rusiya dövlətinə qaytara bilməkdən ibarətdir. 2000-ci ildə prezident olduğu ilk gündən bəri cənab Putinin həyata keçirməyə çalışdığı plan və əsas strateji proqramı məhz belədir. Bir neçə il bundan öncə mən bunu Putin doktrinası adlandırdım.

Amerika Sahibkarlıq İnstitutunun Rusiya araşdırmalar şöbəsinin direktoru Leon Aron Wall Street Journal-da dərc olunmuş "How to Change Putin`s Mind" məqaləsində bildirir ki, bu yaxınlarda Rusiya iqtisadiyyatının ilk baxışda sonsuz görünən durğunluğa qapılmasını nəzərə alsaq, cənab Putinin xarici siyasətinin imperativlərinin qarışığına daxili siyasi faktor da əlavə olundu. Həyati vacib struktur islahatları aparmaq niyyətində olmayan, 2012-2013-cü illərdə məşhurluq reytinqi kəskin dərəcədə aşağı düşən cənab Putin öz rejiminin legitimliyini dayanıqlı iqtisadi tərəqqi və şəxsi gəlirlərin artmasından vətənpərvər mobilizasiyaya dəyişdi.

Bu yeni legitim konsepsiyasına əsasən, Qərb Moskvaya müharibə elan etdi. Cənab Putinin sözlərinə görə, yeni konsepsiya çərçivəsində Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə "faşist xuntası" tərəfindən idarə edilən "NATO-nun xarici legionu" adını qazandı. Cənab Putin vətənini qorumaqla yanaşı, Sovet İttifaqının itirdiyi əzəmətini bərpa etməyə və dünyanı yenidən Rusiyadan çəkinməyə və hörmət etməyə məcbur etmək qüdrətindədir.

Daha sonra Krımın anneksiyası, Ukraynada müharibə və Rusiyanın Bəşər Əsədin tərəfində olaraq Suriya vətəndaş müharibəsinə müdaxilə etməsi baş verdi. Əsədin zəif nöqtələrini müəyyən edən Putin böyük ustalıqla onu gərəkən istiqamətdə hərəkət etməyə məcbur etdi. Bir çox rusiyalı üçün mühasirəyə alınmış, lakin ardıcıl qələbə qazanan vətənləri üçün duyduqları iftixar hissi iqtisadi çətinliyin yükünü azaldır.

Lakin belə bir yükün problemi hər zaman yeni məhsul axtarışında olmasıdır, nə qədər çox qan olsa, o qədər yaxşı olar. Proqnozlara əsasən, bu il Rusiyanın ÜDM-i 3-4%-ə qədər enəcək, inflyasiya isə ən az 13% təşkil edəcək. 2013-cü ildən bəri rubl dəyərinin yarısından çoxunu itirdi, 2014-cü ildə isə ölkədən 151 milyard dollar çıxarıldı. Yoxsulluq (ayda 154 dollar) içində yaşayan rusiyalıların faizi isə iki dəfə qalxdı və 16% və ya 23 milyon insan təşkil etdi.

Bu mənada Rusiya təyyarəsinin NATO üzvü olan dövlət tərəfindən vurulması legitimizmin təbliğatı üçün əhəmiyyətli vasitədir. Putinin "arxadan zərbə" adlandırdığı hadisə Kremlə hürküdülmüş Rusiya ictimaiyyətini təqdim etməklə, onun əsas rəqibi, qərəzkar NATO ilə qarşıdurmasının sonrakı eskalasiyası üçün bir çox imkan yaradır.

Qərb Rusiya ilə qaçdı-tutdu oynamaqdan əl çəkəcək və ya cənab Putinin yürütdüyü, demək olar ki, xilaskar siyasətinə göstərdiyi təzyiqləri azalda biləcək?

Rusiyanın rəftarını dəyişmək üçün istifadə oluna biləcək yeganə vasitə cənab Putinin xarici siyasətinin risklərini və daxili siyasətin xərclərinin artırılmasıdır. Hazırda müvəffəqiyyətlərin, legitimliyin və rejimin ictimai dəstəyinin yeganə mənbəyi olan xarici siyasət tərəddüdlərin, xəcalətin və heyfsilənmələrin mənbəyi olanadək Putinin rejiminin siyasi dinamikasını daima əks istiqamətə çevirmək lazımdır. Beləliklə cənab Putini siyasi xərclərin və effektliliyinin təhlilini aparmağa məcbur etmək olar.

Vətənpərvərlik ruhu nə qədər yüksək olsa, müvəffəqiyyətsizlik zamanı bir o qədər yüksək məyusluq hissi olacaq. Bunun nümunələrini Rusiya tarixi aşkar göstərir. Son 150 ildə ən kəskin rejim dəyişdirilmələri məhz xarici siyasətin dəyişməsindən və hərbi məğlubiyyətlərdən sonra baş verirdi: Krım müharibəsində II Aleksandrın miqyaslı liberal islahatları (1853-1856), Rusiya-Yaponiya müharibəsindən (1904-1905) sonra 1905-ci il inqilabı, Birinci Dünya müharibəsi zamanı bolşeviklərin inqilabı (1917), Kuba raket krizisindən sonra Nikita Xruşşovun hakimiyyətdən kənarlaşdırılması, əsasən Əfqanıstandaki müharibəyə görə başlayan Mixail Qorbaçovun "Yenidənqurması". Cənab Putin tarixi bilir və onu təkrarlamaq niyyətində deyil. Lakin hazırda o bu təhlükənin altındadır. Və bəzi tədbirlər bunu sürətləndirə bilər.

Öncəliklə ABŞ, Fransa və NATO-nun digər müttəfiqləri Əsəd rejiminə o dərəcədə təsir göstərə bilər ki, cənab Putin simasını qorumaq üçün Suriyadan çıxmağa dair danışıqlar aparmaq məcburiyyətində qalar. Qərb də öz növbəsində Rusiyanın rusiyapərəst separatçılardan aldığı dəstəyini azaltmaq üçün Ukraynaya tanka qarşı sistem kimi müdafiə silahını göndərməlidir.

NATO V.Putinin ehtimal edilən növbəti hədəfi olan və Rusiya təyyarələrinin tez-tez müdaxilə etdiyi Baltikyanı ölkələrdə hərbçilərin sayını artırmalıdır. Əsas məsələ bundan ibarətdir: Kremli Ukraynada törətdiyi kimi bu bölgədə də təkrarlayacağı aqressiyadan öncə fasilə verməyə məcbur etmək.

Bundan əlavə, Rusiyaya qarşı iqtisadi sanksiyaların saxlanılması zəruridir. V.Putin iki seçim arasında qalmaq məcburiyyətində olmalıdır: Suriyada günə 2-4 milyon xərcləmək və təqaüdlərin inflyasiya səviyyəsindən üçdə bir hissəsinədək indeksləşdirilməsi vasitəsilə 38 milyon təqaüdçünün (Putinin siyası bazasının əsası) soyulması. Gələcəkdə sanksiyalar səhiyyənin və təhsilin maliyyələşdirilməsinin azaldılması və 36 milyard dollara başa gələcək Ukraynanın cənub-şərqində "xalq respublikalarının" dəstəyi və müdafiəsi arasında seçim etməklə nəticələnəcək. NATO və Rusiya arasında qarşıdurmanın soyuq müharibəsi bitər-bitməz birinci seçimə gətirə biləcək siyasət indiki Rusiya hakimiyyətinin dünyagörüşü və siyasi hesablamalarına daxildir. Cənab Putinin mövqeyini dəyişdirmək üçün Qərb nəhayət bunu anlamalıdır və müvafiq qaydada cavab verməlidir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.