Siyasət

Azərbaycan Fransaya siyahı ötürdü

26 Noyabr 2015 13:51
Baxış: 1 140

Azərbaycan Fransaya Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən ölkə şirkətlərinin siyahısını təqdim edib.

Trend-in məlumatına görə, siyahı Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşü çərçivəsində Fransanın Mərkəzsizləşdirmə, Dövlət İslahatları və Dövlət Qulluğu Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Valliniyə təqdim edilib.

Dövlət katibinə, həmçinin işğalçı rejimlə qanunsuz xartiya imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı təqdim edilib.

A.Vallini qeyd edib ki, təqdim edilmiş məlumat Fransa hökumətinin diqqətinə çatdırılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.