Siyasət

Prezident İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycriyə "Dostluq" ordeni verdi

26 Noyabr 2015 13:32
Baxış: 494

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ISESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri "Dostluq" ordeni ilə təltif edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.