Siyasət

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak ediblər - FOTO

26 Noyabr 2015 14:37
Baxış: 1 751

11:19

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Dövlətimizin başçısı sessiyanın açılışında çıxış etdi.

Prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirdi və yüksək dövlət mükafatını ona təqdim etdi.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edildi.

Daha sonra birgə foto çəkdirildi.

----------

10:44

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər.

Tədbir Qurani-Kərimdən ayənin oxunması ilə başladı.

Milli.Az

-----------

14:37

Foto: AZƏRTAC

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.