Siyasət

Putin: "Türkiyə kürəyimizə xəncər sapladı" - YENİLƏNİB - VİDEO

24 Noyabr 2015 17:48
140 Şərh     Baxış: 19 598

17:48

"Təyyarəmiz Suriya səmasında olanda Türkiyənin F-16 təyyarəsindən buraxılmış "hava-hava" tipli raketlə vurulub və Türkiyə sərhədindən 4 km aralıya düşüb. Təyyarəmiz Türkiyə sərhədindən 1 km məsafədə, 6 min metr yüksəklikdə olanda vurulub. İstənilən halda təyyarəçilərimiz və təyyarəmiz heç bir halda Türkiyəyə təhdid olmayıblar. Təyyarələrimiz Latakiyanın şimalında İŞİD-lə mübarizə çərçivəsində əməliyyat aparırdılar. Ora əksəriyyəti Rusiya Federasiyasından olan terrorçuların cəmləşdiyi dağlıq bölgədir. Bu baxımdan pilotlar terrorçulara preventiv zərbələr endirirdilər".

Milli.Az bildirir ki, Rusiya prezidenti Vladimir Putin İordaniya kralı 2-ci Abdulla ilə görüşündə belə deyib.

Daha sonra isə V.Putin Türkiyəni İŞİD-ə dəstək verməkdə suçlayıb.

"Suriyada terrorçuların ələ keçirdikləri ərazilərdən Türkiyəyə çox böyük həcmdə neft və neft məhsullarının daşındığı faktını çoxdan qeydə almışıq. Terrorçulara verilən böyük maliyyə dəstəyi, böyük pullar da bununla bağlıdır. İndisə bizə, terrorçularla mübarizə aparan təyyarələrimizə arxadan zərbə vurdu. Halbuki, biz amerikalı tərəfdaşlarımızla səmada insidentlərin qarşısının alınması ilə bağlı anlaşma imzalamışıq. Türkiyə isə, məlum, ABŞ-ın rəhbərlik etdiyi koalisiya sırasında guya terrorizmlə vuruşduğunu bəyan edir. Təyyarəni vurandan sonra Türkiyə NATO-ya müraciət edib. Sanki, biz onların təyyarəsini vurmuşuq... Nədir, olmaya Türkiyə NATO-nu da İŞİD-ə xidmət göstərməyə sövq etmək istəyir?! Anlayıram ki, hər ölkənin regional maraqları var və biz bu maraqlara həmişə sayğı ilə yanaşmışıq. Amma bugünkü cinayət kimi hadisələrə dözən deyilik", - V.Putin deyib.

----------

17:00

"Baş vermiş hadisə terrorizmlə adi mübarizə çərçivələrindən kənara çıxır. Təbii ki, hərbçilərimiz terrorla qəhrəmancasına mübarizə aparır, ölümdən qorxmurlar. Amma bugünkü itkimiz terroru dəstəkləyən insanların kürəyimizə sapladığı xəncərdir. Baş verəni başqa cür səciyyələndirə bilmirəm".

Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə HHQ tərəfindən Rusiyanın Su-24 qırıcısının Suriya-Türkiyə sərhədi yaxınlığında vurulmasını belə dəyərləndirib.

V.Putinin dediyinə görə, Rusiyanın təyyarəsini Türkiyənin F-16 qırıcısı vurub: "Təyyarəmiz Türkiyəni təhdid etməyib və Türkiyə sərhədindən 1 km aralıda olub. Təyyarələrimiz İŞİD-ə qarşı əməliyyat aparırdılar".

Rusiyanın dövlət başçısı daha sonra bildirib ki, Su-24-ün Türkiyə tərəfindən vurulması Moskva və Ankara arasındakı münasibətlərə çox ciddi təsir edəcək.
Vladimir Putin İordaniya kralı 2-ci Abdulla əl Hüseyn ilə görüş əsnasında daha sonra deyib: "Bugünkü cinayətlərin törədilməsinə əsla dözən deyilik. Rusiya həmişə Türkiəyə qonşu dövlətlə yanaşı, dost ölkə kimi yanaşıb. Bunun kimə gərək olduğunu bilmirəm. Hər halda bizə gərək deyildi.Türkiyə təyyarəmizi vurandan sonra dərhal bizimlə əlaqə yaradıb müzakirələr aparmaq əvəzinə, sanki Rusiya təyyarəni vurmuş təki NATO-ya üz tutdu". 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Putin:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.