Siyasət

Ərdoğandan Putinə: "Kar və kor olacağımızı düşünməyin" - FOTO

25 Noyabr 2015 14:22
5 Şərh     Baxış: 6 330

"Rusiyanın Su-24 hərbi təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcıları tərəfindən vurulması ildə bağlı insidenti böyütmək niyyətində deyilik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Komitəsinin (İSEDAK) İstanbulda keçirilən 31-ci konqresində çıxış edərkən belə deyib.
Milli.Az AA-ya istinadən bildirir ki, Türkiyənin dövlət başçısı daha sonra söyləyib: "Türkiyə həmişə sülhün, dialoqun, diplomatik nizamlanmanın tərəfdarı olub və bundan sonra da belə davranacaq. Amma kimsə düşünməsin ki, sərhədlərimizin, suverenliyimizin, məkanımızın pozulmasına kar və kor qalacağıq. Su-24 ilə bağlı insidenti şişirtmək niyyətində deyilik. Yalnız öz təhlükəsizliyimizi təmin edir, Suriyadakı türkmən qardaşlarımızı qorumağa çalışırıq".

Türkiyə prezidenti hesab edir ki, Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanında vurulub və Suriya ərazisinə düşüb.

"Həmin təyyarənin Rusiyaya məxsus olduğunu yalnız Rusiyanın hakimiyyət dairələrinin bu barədə bəyanatla çıxış etməsindən sonra bildik. Dünən dövlət mənsubiyyəti naməlum olan iki hərbi təyyarə Hatay vilayətində hava məkanımıza soxulmuşdu. Hərbçilərimiz onlara 5 dəqiqə ərzində 10 xəbərdarlıq etdilər. Bundan sonra təyyarələrdən biri Türkiyənin hava məkanını tərk etsə də, ikincisi məkanımızı inadla pozmağa davam edib. Sərhədlərimizi qoruyaraq patrul uçuşları edən F-16 qırıcılarımız həmin təyyarəyə atəş açıblar", - Ərdoğan söyləyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.