Siyasət

"Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır"

13 Oktyabr 2015 18:07
Baxış: 731

Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələrinə münasibət bildirərkən deyib.

M.Pənahov qeyd edib ki, bu, o demək deyil ki, namizəd seçicini özü aldadıb: "İmzatoplama kampaniyasında müxtəlif insanlar iştirak edirlər. Seçicilərin aldadılması namizəd tərəfindən deyil, imza toplayan şəxslər tərəfindən də ola bilər. Seçicilər də həqiqət üzə çıxdıqdan sonra dairə seçki komissiyalarına müraciət edərək imzalarından imtina edirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.