Siyasət

Miqrant böhranı, yoxsa miqrantlara yaradılan böhran?

13 Oktyabr 2015 23:15
2 Şərh     Baxış: 573

Son aylarda dünyanın acınacaqlı gündəminə çevrilən bir neçə əsas məsələlərdən biri də Avropaya axın edən miqrant böhranıdır. Axı haradan yarandı bu böhran, haradan çıxdı bu çarəsiz evsiz-eşiksiz, yurdsuz-yuvasız biçarə insanlar? Son illərdə dünyada gedən və Qərbdən üzü əks tərəflərə doğru aparılan geopolitik proseslərə əsaslanaraq, məntiq və ağıl bunu deməyə əsas verir ki, birbaşa və dolayı (terrorist ixracı ilə) Şərqdə və Şimali Afrika ölkələrində yaradılan müharibə oçaqlarının yetişdirdiyi məhsullarıdı bu biçarələr. Bəli, qısa şəkildə qeyd edək ki, "Ərəb baharı" ilə demokratik proseslərin başladığı ölkələrdə öz mənfəət və çıxarlarının təmini üçün həmişəki kimi ordu gücünə hərəkətə keçib, prosesin məcrasını dəyişdilər. Bəzi ölkələri yeni diktator sistemilə əvəz edib, bəzilərini də daha çox və rahat təbii sərvətlərindən faydalanmaq üçün əvəlcədən layihələnmiş terror təşkilatlarının meydançasına çevirdilər.

Miqrant böhranı, yoxsa miqrantlara yaradılan böhran?

Bu, birinci mərhələ idi. İkinci mərhələdə isə o ölkələr ki, əsasən "sionist İsrail reşimini" üçün maneə idi, bu ölkələrdə də süni diktator xoxanları yaradıb, onlara qarşı ənənəvi variantlardan biri ilə hərəkətə keçilməli idi. Hədəfdə isə sionist İsrail rejiminin genişlənməsi üçün heç vaxt şərait yaratmayan və onlarla razılığa gəlməyib ciddi maneə olan Suriya dövləti idi ki, orada əvvəl müxaliflər kimi görsənən, sonra terrorçu İŞİD donuna girən Qərb casusları yeridildi. Ardıcıl olaraq İraqda davam etdirilən İŞİD siyasəti də çoxlarına bəllidi.
 
İndi qayıdaq miqrant böhranına. Qərbin birbaşa bombardmanları və sonra bilavasitə Amerikanın layihələndirdiyi və Səud rejiminin maddi dəstəyi hesabına işə salınan Əl-Qaidə, İŞİD, Boko Haram və s. kimi terroristlərinin vəhşiliklərindən, işgəncələrindən ailələrini xilas etməyə çalışan günahsız məzlum insanlar çıxış yolunu Aralıq dənizi vasitəsilə Avropaya, müharibəsiz ölkələrə keçməkdə gördülər. Bu bir neçə ayda Avropanın Aralıq dənizi sahillərində yerləşən ölkələrinə keçməyi bacarmış 107 min miqranta görə Macarıstan, Makedoniya, Yunanıstan, Çexiya və Slovakiya kimi ölkələr və onların məmurları öz kimliklərini ortaya qoydular. Dənizdən rezin qayıqlarla həyatları bahasına sahilə çıxmağı bacarmış və "xilas olduq" deyə sevinən insanlara qarşı edilən vəhşiliklər, qucağında körpəsi olan didərginlərin önlərinə tikanlı məftillər və divarlar çəkmək, günlərlə ac-susuz dəniz sahillərində saxlanıb, ölümə məhkum etmək kimi hallar baş verdi. Ən yaxşı halda onları qədim qullar kimi qollarını rəqəmləyib anbarlara doldurub, günlərlə saxladılar. Hətta bu ölkə liderlərindən utanmadan çıxıb deyən oldu ki, "biz yalnız xristian miqrantları qəbul edəcəyik". Sonradan ən ağıllıları dənizdə növbə çəkən patrul gəmilərini yerləşdirdirdilər ki, son anda sahilə həyatları bahasına çıxmağa çalışan çarəsiz miqrantları yenidən üzü dənizə tərəf qaytarsınlar.
Hava doldurulmuş kiçik rezin qayıqda əliuşaqlı 10-15 nəfərin bəzən günlərlə açıq dənizdə yol getməsini təsəvvür etmək belə, çətindir. Heç dünyada güc sahibi olan İngiltərə, Fransa və Almaniya kimi ölkələr də guya bu problemdən çıxış yolu axtarır, lakin tapa bilmirlər və gülünc sayda - cəmi 250 yoxsa 500 miqrantın hər ölkədə qəbul edilməsini müzakirə edirlər. Ümumilikdə götürsək, 2015-ci ilin yanvar ayından bu yana təxminən 350 min miqrant təhlükəli səfərlərlə Avropaya keçə bilib.

Bu rəqəmə görə ciddi narahatlıqlar yaratmaq digər şərq ölkələrinə axın edən miqrant sayının yanında çox gülməlidir. Hələ Beynəlxalq Miqrasiya Təşkilatı bu il 26 min miqrantın dəniz sularında boğulduğunu bildirib.
Neçə il əvvəl Amerikanın terrorçu ovlamaq adı ilə Əfqanıstanı cəhənnəmə çevirdiyi vaxt 5 milyon miqrant Pakistan və İrana axın etmişdi. Son dövrdə Suriya və İraqda İŞİD-in oyunlarından sonra 3.5 milyon miqrantı İordaniya, Livan və Türkiyə qəbul edib. Düzdür, sonradan Türkiyə hökuməti Reyhanlı keçid məntəqəsini İŞİD terrorçularından başqa hamının üzünə bağladı, lakin, əvvəllər türkmənlər bir az da ərəblər oradan keçib, canlarını xilas edə bilirdilər. İndi rəqəmlərə və çıxan səs-küyə bir baxın və müqayisə edin. Avropa ölkələri kimi maddi durumu yaxsı olmayan Pakistan, İordaniya və Livana axın edən milyonlarla miqrant hara, dünyaya demokratiya saçan Avropa Birliyi ölkələrinə keçən 350 min hara! Avropa başını itirmiş kimi görünür bu rəqəmlə və ya gerçəkdən də itirib. Bircə Amerikadır ki, dünya müharibələrində olduğu kimi, bu proseslərdə də karlı və başıuca çıxdığı kimi görünməyə çalışır. Lakin, Şərqdə qurduğu təşkilat və bəhrələndiyi krallıq dayaqları hələ indiki kimi heç zaman sarsılmamışdı. Zaman heç də onların xeyrinə işləmir. Bu saatdan sonra "dənizin sahilə atdığı insanlıq" adı almış 3 yaşlı Alan və 5 yaşlı Qalib kimi körpələrin qanı onların üzərindədir.
deyerler.org

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.