Siyasət

Frattini: "Regional güclərin dəstəyi olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli real görünmür"

13 Oktyabr 2015 11:01
Baxış: 503

Regional güclərin dəstəyi olmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişin əldə olunması qeyri-real görünür. Bunu dailykarabakh-a eksklüziv açıqlamasında İtaliyanın sabiq xarici işlər naziri, İtaliya Beynəlxalq Təşkilatlar Cəmiyyətinin prezidenti Franko Frattini deyib.

Franko Frattini hesab edir ki, regionda əsas oyunçular olan Türkiyə, ABŞ, Avropa İttifaqı və Rusiya bu məsələdə fəal olmalıdırlar: "Yalnız onların köməyi və fəal iştirakı ilə Qafqazın yenidən aktiv münaqişə zonasına çevrilməsinin qarşısını almaq olar".

İltaliyalı diplomat bildirib ki, digər tərəfdən, dialoq və barışıq strategiyası olmadan Dağlıq Qarabağ münaqişəsinin həllini təssəvvür etmək olduqca çətindir: "Hər iki münaqişə tərəfinin cəmiyyətlərini sülhün yeganə həll yolu olduğuna inandırmaq olduqca vacibdir. Əks halda, hətta ən yaxşı ssenaridə belə münaqişənin həlli istiqamətində beynəlxalq səylər faydasız olacaq. 

Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir regionun sabitliynə və təhlükəsizliyinə təsir göstərməklə Qafqazda həll edilməmiş ən narahatverici münaqişələrdən biridir. Həm münaqişə tərəfləri arasında gərginliyin artması, həm də regional güclər səbəbindən hər kəs hələ də münaqişəyə fərqli mövqedən yanaşır".

Franko Frattininin fikrincə, münaqişə tərəfləri arasında atəşkəs haqda sazişin imzalanmasından uzun illər keçsə də, bu, hələ də real sülhə və ya sabitliyə gətirib çıxara bilməyib, münaqişə mövcud olmaqda davam edir: "Uzun müddətdir, davam edən münaqişə vəziyyətinin kütləvi əhali yerdəyişməsi, iqtisadi disbalans, sosial çətinliklər ilə kombinasiyası regionun təhlükəsizliyinə əsas təhdidi təşkil edir. O region ki, Avropanın da təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Ukrayna və Yaxın Şərqdə baş verən böhranlar göstərdi ki, münaqişələr xüsusi diqqət yeirməklə həll olunmadığı halda qonşuların da təhlükəsizliyinə təhlükə yaradır. Bu səbəbdən də, Avropa İttifaqı institutları münaqişənin qızışmasının qarşısını almaq üçün hərəkətə keçməlidir".

İtaliyanən keçmiş xarici işlər naziri hesab edir ki, Dağlıq Qarabağ məsələsi də Brüsselin fəaliyyətində prioritetləşdirilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.