Siyasət

"Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb"

8 Oktyabr 2015 20:28
1 Şərh     Baxış: 885

Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb.

Bunu Trend-ə müsahibəsində İran parlamentinin Energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.

Onun sözlərinə görə, Tehran "Buşəhr" AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: "Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək".

Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: "Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu".

O əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: "İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.