Siyasət

Səfir: "Bakı regionda NATO-nun güclü və etibarlı tərəfdaşıdır"

7 Oktyabr 2015 19:10
Baxış: 461

Rumıniyanın Bakıdakı səfirliyində Azərbaycan və NATO arasında əlaqələr və əməkdaşlığın perspektivləri mövzusunda "dəyirmi masa" keçirilib. Bu barədə Trend Rumıniya səfirliyinə istinadən məlumat verir.

Tədbirdə NATO-nun iştirakçı ölkələrinin Bakıdakı diplomatik nümayəndələri, hərbi attaşeləri, eləcə də NATO-nun Cənubi Qafqazda kontakt ofisinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rumıniyanın Bakıdakı səfiri Daniel Çiobanu Azərbaycan-NATO əməkdaşlığının vacibliyini vurğulayıb, eləcə də səfirliyin Bakıda kontakt ofisi qismində təşkil etdiyi bir sıra tədbirlər barədə danışıb.

Diplomatın sözlərinə görə, Rumıniya səfirliyi Azərbaycan gənclərinin NATO dəyərləri barədə bilgilərinin artmasına xüsusi diqqət yetirir: "Rumıniya bundan sonra da NATO və Azərbaycan arasında əməkdaşlığın inkişafını dəstəkləyəcək. Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan Bakı regionda NATO-nun güclü və etibarlı tərəfdaşıdır".

Sonra "Dəyirmi masa" iştirakçıları mövzu üzrə fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.