Siyasət

Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu

4 Sentyabr 2015 21:22
Baxış: 1 773

Bu il Azərbaycanda noyabr 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi prosesi davam edir. 

Hazırda millət vəkili olan, həmçinin builki seçkilərdə namizəd olacaq bəzi nüfuzlu insanlar isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlayacağı siyahını gözləyirlər. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, YAP-ın siyahısını gözləmədən öz namizədliyini açıqlayan şəxslər də var. Onlardan biri də parlamentin ən uzunömürlü deputatlarından biri Hacı Madər Musayevdir.

Hacı Madər artıq sənədlərini MSK-ya təqdim edib. O, bitərəf deputat kimi hazırda təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Hacı Madər Musayev Azərbaycanda ən çox parlament təcrübəsi olan deputatlardan biridir. O, 2 çağırış SSRİ Ali Soveti dövründə, 4 çağırış isə Azərbaycan Milli Məclisinə deputat seçilib. 

Maraq üçün bildirək ki, Hacı Madərin Müsavatdan rəqibi Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.