Siyasət

Fransa da Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır

3 Sentyabr 2015 18:18
Baxış: 552

Fransa da Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır. Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır və müvafiq olaraq, sentyabrın 13-nə Dağlıq Qarabağda planlaşdırılan qondarma "seçkilər" davam edən sülh prosesinə və bu ərazinin gələcək statusuna heç bir təsir göstərə bilməz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.