Siyasət

İqbal Ağazadə: "Kifayət qədər ciddi işləmişik və nəticələr gözləyirik"

3 Sentyabr 2015 17:07
Baxış: 809

İsrarla iddia edirəm ki, iqtidar istisna olmaqla heç kim parlament seçkilərinə bizdən güclü hazırlaşmayıb.

Bunu Trend-ə Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, həm namizədlərin müəyyən olunması, həm də ərazilər üzrə seçilməsi baxımından Ümid Partiyası və "125-lər" siyasi klubu qədər heç kim işləməyib: "Ona görə də təəccüblü deyil ki, ilk olaraq siyahımızı biz açıqladıq. Biz dairələrimizi bilirdik, bizim üçün tərəddüd yox idi. Kifayət qədər ciddi işləmişik və nəticələr gözləyirik".

Partiya sədri Azərbaycan Demokrat Partiyası ilə münasibətlərinə də aydınlıq gətirib: "ADP ilə münasibətlərimiz dost münasibətidir. Biz uzun müddət siyasi blokda təmsil olunmuşuq, sabah da siyasi blokda təmsil olunmağımız şübhə doğurmur. Amma seçki blokunda bu və ya digər şəkildə razılaşmalar olmaya bilərdi. Bu məsələlərdə mövqelərimizi uzlaşdırmaqda çətinliklər yarandığına görə ayrı-ayrılıqda getməyə qərar verdik. 2013-cü ildə də bizim belə bir təcrübəmiz olmuşdu. Həmin vaxt da iki namizədlə seçkilərə getdik və yenə də münasibətlərimiz davam etdi. Yenə də münasibətlərimizi normal davam etdirə bilərik".

İ.Ağazadə müxalifət düşərgəsində münasibətlərin qarşıdurma səviyyəsində həll olunmamasını da arzu etdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.