Siyasət

Azərbaycan kəndi atəşə tutuldu: evlər yandırıldı - FOTO

3 Sentyabr 2015 16:49
15 Şərh     Baxış: 7 309

Erməni silahlıları minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan da istifadə etməklə Qazaxın Kəmərli, Qaymaqlı Aşağı Əskipara və Məzəm kəndlərini güclü atəşə tutub.

Kəpəz TV (Region TV) xəbər verir ki, yaşayış məntəqələrində işıq gələn hissələri hədəf seçən düşmən yandırıcı güllərdən atəş açaraq kənd sakini Nəsib Nəsibovun yaşayış evini və Hidayət Qurbanovun 500 bağ ot tayasını yandırıb.  

Bundan başqa Məzəm kəndində bir avtomobil və xeyli sayda yaşayış evinə güllələr dəyib. Kənd sakinləri bildirirlər ki, güclü atışma gecə düşən kimi başlayıb. Erməni silahlıları evləri atəşə tutub yandırıblar, daha sonra dinc sakinləri məhv etməyə çalışıblar.  

Milli.Az       

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.