Siyasət

Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentlərini təbrik edib

2 Sentyabr 2015 18:43
Baxış: 409

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzzi və Roberto Venturiniyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, 

San-Marinonun milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.