Siyasət

Sergey Lavrov Bakıdadır - YENİLƏNİB

1 Sentyabr 2015 17:02
3 Şərh     Baxış: 1 770

17:02

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə verdiyi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu müzakirə ediləcək.

-----------

11:55

Bu gün günün ikinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 1-də günün birinci yarısında Sergey Lavrov Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunda (MQİMO) ənənəvi çıxış edəcək. Görüşdən dərhal sonra Sergey Lavrov Bakıya yola düşəcək. Burada görüşlər günün ikinci yarısında başlayacaq. İşçi səfəri zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunacaq.

Səfər zamanı S. Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.