Siyasət

Məzahir Pənahov: "Beynəlxalq qurumların hamısına MSK-da otaq ayırmağa hazıram ki..."

29 Avqust 2015 16:55
Baxış: 843

Beynəlxalq qurumların hamısına Mərkəzi Seçki Komissiyasında otaq ayırmağa hazıram ki, burada daimi nümayəndələri olsun. Beynəlxalq qurumların nümayəndələrinə bütün proseslərdə iştirak etmək üçün rəsmi dəvətlər göndəririk.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov bildirib ki, MSK bu standartlarla işləyir: "Biz həmişə beynəlxalq təşkilatları dəvət edərkən onlara hər cür şərait yaradacağımızı bildirmişik. Rəsmi nümayəndələrin seçki prosesində bütün proseslərdə iştirakına şərait yaradırıq. Media nümayəndələri də sənədlərin, imzaların yoxlanılması ilə bağlı proseslərdə iştirak edirlər. Beynəlxalq qurumların nümayəndələri də bildirsinlər ki, hansı səhvlər, pozuntular var. Yəni Mərkəzi Seçki Komissiyasının, yaxud Ekspert Qrupunun üzvləri, dəvət olunmuş ekspertlər hansı məsələlərə səthi baxırlar. Qoy beynəlxalq təşkilatların nümayəndələri bu barədə məlumat versinlər. Biz isə buna görə qərarımızı verək. Konstruktiv əməkdaşlıq budur. Təəssüf ki, onlar bu proseslərdə iştirak etmirlər. İştirak etmədiyin prosesdə nə baş verməsi barədə necə danışmaq, münasibət bildirmək olar?"

M. Pənahovun sözlərinə görə, artıq 10 ildir ki, bu mövqedən çıxış edilir: "Mən bunu tək KİV qarşısında deməklə kifayətlənmirəm. Eyni zaimanda, MSK adından bütün beynəlxalq təşkilatlara rəsmi məktubla müraciətlər, dəvətlər göndərilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.