Siyasət

"Aralarında olan atışma nəticəsində erməni hərbçiləri arasında ölənlər var"

28 Avqust 2015 16:08
3 Şərh     Baxış: 947

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə "diversantlar" görsənir: "Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb".

Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib.

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı məlumata görə, guya Azərbaycan Ordusunun 20-25 nəfərdən ibarət xüsusi təyinatlıları ötən gecə saat 1:40 radələrində gecə cəbhə xəttində erməni mövqelərinə hücum edib. Lakin Azərbaycan hərbçiləri itki verərək geri çəkilməyə məcbur ediliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.