Siyasət

Elmar Məmmədyarov yeni səfirin etimadnaməsini qəbul edib

27 Avqust 2015 17:14
Baxış: 329

Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir həmçinin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfir Q.Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.