Siyasət

"Bu, ABŞ-ın ikiüzlülüyünü, "demokratiyasını" bir daha göstərmiş oldu"

27 Avqust 2015 14:35
Baxış: 416

"Demokratik dəyərlərdən dəm vuran, demokratiya carçılarının ölkələrində bu cür hadisələr tez-tez baş verir. Bizə demokratiyadan dərs keçməyə çalışanlar bu haqda heç bir fikir bildirmədilər. Bu yaxınlarda ölkəmizdə jurnalist ölümü ilə bağlı məsələləri birbaşa ölkə prezidenti İlham Əliyev nəzarətinə götürsə də, bəziləri bunu siyasiləşdirməyə çalışdılar. İndi desinlər görək kim öz vətəndaşına, jurnalistinə daha çox hörmətlə yanaşır. ABŞ, yoxsa Azərbaycan?"

Milli.Az xəbər verir ki, bu fikirləri SİA-ya "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalistin naməlum şəxs tərəfindən güllələnməsinə münasibətini bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, özünü demokratiyanın beşiyi hesab edən ABŞ-da baş verən hadisələri heç kim analiz etmək istəmir: "Bu, onların yaratdığı hökumətin təsirindən irəli gələn məsələdir. Əslində, ABŞ prezidenti Barak Obama və oradakı QHT-lər sözügedən məsələyə münasibət bildirməli idilər. Çox təəssüf ki, bunu görmədik. Sanki, belə bir hadisə baş verməyib.

Bu, ABŞ-ın ikiüzlülüyünü, "demokratiyasını" bir daha göstərmiş oldu. Buradan sual yaranır. Əgər ABŞ insan hüquqlarını belə qoruyursa, heyvanlara belə hörmətlə yanaşmağı başqalarına öyrədirsə, o zaman niyə öz vətəndaşına qarşı belə münasibət göstərir? Demək, ABŞ-ın əsil siması elə budur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.