Siyasət

Elmar Məmmədyarov Latviyanın yeni səfirini qəbul etdi

26 Avqust 2015 17:12
0 Şərh     Baxış: 372

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir Y.Maklakovs etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.