Siyasət

Gömrük Komitəsi rusiyalı bloggerin Azərbaycana buraxılmaması məsələsinə aydınlıq gətirdi

26 Avqust 2015 15:55
1 Şərh     Baxış: 653

Dövlət Gömrük Komitəsi rusiyalı blogger Erik Davidoviçin Azərbaycana buraxılmaması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, avqustun 25-də Gürcüstandan keçməklə Rusiya Federasiyasından Azərbaycana gələn Rusiya vətandaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi "BMW" markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda gömrük baxışı həyata keçirilib.

Gömrük baxışından öncə E.D.Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib.

E.D.Kituaşvilidən Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib.

Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayıtmağa qərar verib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda vətandaş E.D.Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib. E.D.Kituaşvili etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.